Əsas Səhifə > Güney Press > Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA:
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA:Bu gün, 12:47 |
|
“Armeniya” blokunun deputatı Aqnesa Xamoyan yaxın aylarda və il ərzində Ermənistanda və onun ətrafında ciddi siyasi proseslərin gözlənildiyini bildirib. Sentyabrın 8-də keçirilən mətbuat konfransında o, daxili və xarici siyasətlə bağlı sərt açıqlamalar verib. KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsinin Aİ ilə vizasız rejimin 2029-cu ilə qədər ehtimalının az olması ilə bağlı bəyanatını şərh edən Xamoyan, hökumətin bu tarixlə bağlı vədlərini “yalan” adlandırıb. O, Ermənistanın yaxın 10-20 ildə Aİ üzvü olmayacağını vurğulayıb.
Xamoyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində və Aİİ daxilində vəziyyət uzun müddət belə davam edə bilməz. O qeyd edib ki, Paşinyan KTMT-də olduğu kimi, Aİİ məsələsində də vaxt uzatmağa və qeyri-müəyyənlik yaratmağa çalışır.
Geri qayıt |