Əsas Səhifə > Güney Press > AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir?

AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir?


Bu gün, 12:16

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 43,8 faiz səslə birinci olub.

Publika.az xəbər verir ki, partiya təkbaşına hökumət qurmaq üçün lazım olan çoxluğu əldə etməsə də, nəticə Almaniyada siyasi balansı dəyişə bilər.

Ekspertlər “Hürriyet”nəşrinə verdikləri şərhdə AfD-nin yüksəlişinin, xüsusilə miqrasiya siyasətində sərtləşməyə yol aça biləcəyini bildirirlər. Türkiyəli eskpert Canan Tercanın sözlərinə görə, digər partiyaların miqrasiya və təhlükəsizlik siyasətlərini AfD-yə yaxınlaşdırması Almaniyada miqrantlara qarşı daha sərt yanaşma yarada bilər.

Türk cəmiyyəti üçün əsas narahatlıq AfD-nin “remigration” (əks miqrasiya) çağırışlarıdır. Tercan vurğulayıb ki, bu siyasət yalnız yeni gələn sığınacaq axtaranlarla məhdudlaşmır. Vətəndaşlıq qaydalarının sərtləşdirilməsi, ikili vətəndaşlığa münasibətin dəyişməsi və müsəlman miqrantlara qarşı daha sərt siyasət Almaniyada yaşayan türklərə də təsir göstərə bilər.

Ekspert Cihan Günyel isə AfD-nin yüksəlişini Avropada ifrat sağın transformasiyası ilə əlaqələndirib. Onun fikrincə, əsas məsələ AfD-nin təkbaşına hakimiyyətə gəlib-gəlməməsi deyil, partiyanın miqrasiya, kimlik, təhlükəsizlik və milli suverenliklə bağlı ritorikasının mərkəz sağ tərəfindən nə qədər mənimsəniləcəyidir.

Məlumata görə, AfD-nin qələbəsindən sonra Berlində və digər şəhərlərdə minlərlə insan ifrat sağa qarşı etiraz aksiyalarına çıxıb.


Geri qayıt