Əsas Səhifə > Güney Press > Bir evi bir neçə nəfərə satan iş adamına
Bir evi bir neçə nəfərə satan iş adamınaBu gün, 11:57 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmova hökm oxunub. Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Məhərrəm Məhərrəmovun 3 il dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edildiyini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Məhərrəm Məhərrəmovun 3 il dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Xatırladaq ki, istintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb. İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib. Geri qayıt |