Əsas Səhifə > Güney Press > Trampdan UCUZ NEFT VƏDİ...

Trampdan UCUZ NEFT VƏDİ...


Bu gün, 08:40

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin sürətlə aşağı düşdüyünü və İranla müharibə başa çatdıqdan sonra bu tendensiyanın davam edəcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Neftin qiyməti, demək olar ki, hər şey kimi, sürətlə aşağı düşür. İranla müharibədə qalib gəldikdən sonra isə daha da aşağı düşəcək”, – ABŞ Prezidenti qeyd edib.

Tramp benzinin bir qallonunun qiymətinin 3 dollara qədər endiyini, lakin son nəticədə 2 dollardan da aşağı düşəcəyini iddia edib.

ABŞ Prezidenti paylaşımında İranın nüvə silahına sahib olmayacağını da vurğulayıb.

“İran heç vaxt nüvə silahına sahib olmayacaq” – Tramp bildirib.


Geri qayıt