Əsas Səhifə > Güney Press > Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALARBu gün, 18:02 |
|
“Mənə elə gəlir ki, İlhamənin oğulluğu Orxan həyatda yoxdur. Sonuncu dəfə anası ilə danışanda deyib ki, onu güdürlər, amma izi azdırıb. Moskvadan Türkiyəyə uçurmuş. Nə baş veribsə, hava limanında olub”. Bunu Musavat.com-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni bildirib ki, həmin danışıqdan sonra Orxan Nadirovla əlaqə kəsilib: “Sonra onunla əlaqə kəsildi. Nə ölüsü, nə də dirisi tapılıb. Mənə elə gəlir ki, bundan sonra onun yeri tapılıb. Bir insan niyə gizlənsin ki? Deməli, pis əməlləri var imiş. Bəlkə də kimdənsə pul alıb. Doğru adam niyə qaçsın ki?” Əli Mirəliyev Orxan Nadirovun həyatında mərhum Xalq artisti İlhamə Quliyevanın rolundan da danışıb. Onun sözlərinə görə, Orxan Quliyevanın yanında böyüyüb və sənətçinin tərbiyəsi onun xarakterinə təsir edib: “Orxanı o günə salan İlhamə Quliyeva oldu. Orxan yaxşı uşaq idi, İlhamənin yanında böyüdü, ona bənzədi. İlhamə nə idisə, Orxan da o idi. O, Orxanı firon kimi böyütmüşdü. Mənim qayınatam, İlhamənin dayısı da İlhaməni elə böyütmüşdü. Uşağa pul verdinsə, öyrəşir. İlhamə Orxanın tərbiyəsini pozdu”. Qeyd edək ki, Orxan Nadirov mərhum Xalq artisti İlhamə Quliyeva tərəfindən övladlığa götürülüb. İlhamə Quliyevanın sağlığında O. Nadirov iki dəfə dələduzluq faktı üzrə həbs edilib, daha sonra azadlığa buraxılıb. Geri qayıt |