Əsas Səhifə > Güney Press > Vüsal kimləri qınadı?

Vüsal kimləri qınadı?


Bu gün, 16:39

“O bayağı dediyimiz müğənnilərin də potensialı var. Sadəcə olaraq, keyfiyyətli musiqiyə pul xərcləmək istəmirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vüsal Hacıyev “İncəSəhər” verilişində qonaq olarkən deyib.

Sənətçi ifa tərzi və repertuarı ilə şou-biznesdə daha çox bayağı mahnıların ifaçısı kimi tanınan həmkarlarını sərt qınayıb:

“Bayağı dediyimiz müğənnilərin də potensialı var. Onlar əgər istəsələr, keyfiyyətli musiqilər, peşəkar bəstəkar mahnılarını düzgün şəkildə ifa edib, özlərini tamaşaçılara keyfiyyətli şəkildə təqdim edə bilərlər. Sadəcə olaraq, bunu etmirlər. Yəni şou-biznes nümayəndələri gündəmdə qalmaq və ya digər lazımsız detallar üçün çoxlu pul xərcləyirlər, amma sənətə, keyfiyyətli musiqiyə yatırım etmək, pul xərcləmək istəmirlər”.


Geri qayıt