Əsas Səhifə > Güney Press > Mask Almaniyadakı seçkiyə qarışdı
Mask Almaniyadakı seçkiyə qarışdıBu gün, 12:32 |
|
Amerikalı milyarder İlon Mask Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə qələbə qazanması münasibətilə “Almaniya üçün Alternativ” (AfD) partiyasını təbrik edib. Publika.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsində AfD həmsədri Alis Vaydelin paylaşımına “Yaxşı nəticə” şərhini yazıb. Vaydel paylaşımında partiyanın yerli lideri Ulrix Ziqmundu seçkidə əldə olunan qələbə münasibətilə təbrik etmişdi. Ziqmund da Maska cavab verərək dəstəyinə görə təşəkkür edib. “Əgər biz burada məsuliyyəti öz üzərimizə götürsək, güclü və konstruktiv əməkdaşlıq imkanından məmnun olaram. O zaman Almaniya yenidən sərmayə qoymağa dəyər ölkəyə çevriləcək. Saksoniya-Anhaltdan ən xoş arzular”, - deyə Vaydel bildirib. Qeyd edək ki, AfD Saksoniya-Anhaltda keçirilən əyalət seçkilərində 43,8 faiz səs toplayaraq birinci yeri tutub. Partiya 83 yerlik parlamentdə 39 mandat qazansa da, təkbaşına hökumət qurmaq üçün lazım olan mütləq çoxluğu əldə edə bilməyib. Geri qayıt |