Əsas Səhifə > Güney Press > Ukrayna ordusu Mariupolu vurdu

Ukrayna ordusu Mariupolu vurdu


Bu gün, 10:15

Ukraynanın Donetsk vilayətinin işğal olunmuş Mariupol şəhərində baş verən hücumdan sonra “Qalaktika” ticarət mərkəzində genişmiqyaslı yanğın başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın İşğal Araşdırmalar Mərkəzinin rəhbəri Petro Andryuşenko məlumat verib.

“Orada “Vahid Rusiya” Partiyasının humanitar təbliğat fəaliyyəti həyata keçirilirdi. Mariupolun işğalının siyasi legitimləşdirilməsinin başladığı yer məhz buradır”, - o bildirib.

Andryuşenko qeyd edib ki, “Qalaktika”nın yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində də yanğın baş verib.


Geri qayıt