Əsas Səhifə > Güney Press / Ana xəbər > Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilərBu gün, 09:36 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib. Kremlin nümayəndəsi Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin səfərin bu il baş tutacağını qeyd edib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüş keçirib. Bu, liderlərin aprel ayında Kremldə keçirilən danışıqlardan sonra ilk ikitərəfli görüşü olub. "TREND" Geri qayıt |