Əsas Səhifə > Güney Press > Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilərBu gün, 08:18 |
|
Sentyabrın 9-10-da Parisdə keçiriləcək kosmik sammit təşkilati problemlər və ABŞ şirkətlərinin iştirakdan imtinası səbəbindən Fransa Prezidenti Emmanuel Makron üçün uğursuzluqla nəticələnə bilər. Teleqraf xəbər verir ki, bu barədə “Politico” kosmik sənaye nümayəndələrinə istinadən məlumat yayıb. “Politico”nun sammitin təşkilində iştirak edən mənbələrindən biri bildirib ki, hazırlıq prosesi olduqca pis təşkil edilib və bu, Makronun indiyədək təşkil etdiyi “ən pis sammit” ola bilər. Nəşrin məlumatına görə, əsas problemlər hazırlıqların qrafikdən geri qalması, Avropanın kosmik sektorunun əsas iştirakçıları ilə lazımi koordinasiyanın olmaması və sammitin məqsədlərinin qeyri-müəyyənliyi ilə bağlıdır. Bundan əvvəl İlon Maskın “SpaceX” və Ceff Bezosun “Blue Origin” şirkətləri də daxil olmaqla, ABŞ-nin dörd özəl kosmik şirkətinin sammitdə iştirakdan imtina etdiyi bildirilmişdi. Məlumata görə, Makronun texnologiya forumunun keçirilməsini ABŞ Prezidenti Donald Trampla razılaşdırmaması və tədbirə Çin nümayəndə heyətinin dəvət edilməsi Vaşinqton administrasiyasının narazılığına səbəb olub. Geri qayıt |