Əsas Səhifə > Güney Press > Dəlillər bizi mütləq ali bir Zəkaya aparır...

Dəlillər bizi mütləq ali bir Zəkaya aparır...


Bu gün, 06:36

Cansız maddədən canlı hüceyrə necə yarandı?
Müasir elm hələ də bu sualın tam cavabını tapa bilməyib. Elementlər, su və torpaq var, amma onların birləşib "canlı hüceyrəyə" və DNT-yə necə çevrildiyi elmi olaraq tam izah edilə bilmir. Ən maraqlısı isə odur ki, fərqli dünyagörüşünə sahib filosoflar bu "biliksizlik boşluğuna" tamamilə fərqli yanaşırlar.
Ateist filosoflar deyirlər ki, -"Bu, sadəcə elmin müvəqqəti çətinliyidir. Vaxtilə şimşəyin də necə çaxdığını bilmirdik. Zamanla kimya və fizika qanunları ilə bunu mütləq izah edəcəyik. Yaradıcıya və ya hər hansı möcüzəyə ehtiyac yoxdur."
Entoni Flyu (Deizm):Ömrünün 50 ilini ateizmin ən böyük müdafiəçisi kimi keçirən, lakin ömrünün sonunda fikir dəyişən məşhur filosof isə belə deyirdi ki, "DNT sadəcə kimya deyil, o, kodlaşdırılmış nəhəng bir informasiyadır. Kor və şüursuz maddə öz-özünə proqram kodu yaza bilməz. Dəlillər bizi mütləq ali bir Zəkaya aparır".
İslam filosofları düşünürlər ki, "Maddə (torpaq, su) yalnız fiziki bir vasitədir (maddi səbəbdir). Onun daxilində öz-özünə canlanmaq gücü yoxdur. Elmin bu nöqtədə aciz qalması təbiətin öz-özünə yetərli olmadığını və həyatın yalnız mütləq Həyat Verən (Əl-Həyy) olan Allahın iradəsi ilə bəxş edildiyini sübut edir.
Nə yaxşı ki, burada yumruqlar işə düşmür, beyinlər işləyir...


Azər Rəşidoğlu - "DİA-AZ "


Geri qayıt