Əsas Səhifə > Güney Press > Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu

Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu


Bu gün, 17:30

“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan və digərləri Rusiya tərəfdarı olduqları üçün həbs olunublar”.

Teleqraf xəbər verir ki, bunu Serj Sərkisyanın sədri olduğu “Respublikaçı” Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib.

O bildirib ki, Sarukyan və cinayət məsuliyyətinə cəlb edilən bütün siyasətçilər Rusiya ilə müttəfiqlik münasibətlərinin qatı tərəfdarlarıdır:

“Hakimiyyət geosiyasi vektoru dəyişdirir və Ermənistanı xarici güclərin əlində qladiatora çevirməyə çalışır. Seçimimiz azdır: ya Rusiyanın müttəfiqi olacağıq, ya da Türkiyənin xidmətçisi”.

Şarmazanov iddia edib ki, Türkiyə 1993-cü ildə Ermənistana üç dəfə zərbə endirməyi planlaşdırsa da, Rusiya buna mane olub: “Ermənistanda Rusiya hərbi bazası olmasa, Türkiyəni dayandıra bilməyəcəyik. Onunla təkbaşına mübarizə aparmaq çətindir”.

Xatırladaq ki, Qaqik Sarukyan iyulun 6-da fırıldaqçılıq, külli miqdarda çirkli pulların yuyulması və mənimsəmə ittihamları həbs edilib.


Geri qayıt