Əsas Səhifə > Güney Press > Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDIBu gün, 16:58 |
|
Bakıda biznes qurmaq adı altında dələduzluq edilib. Lent.az-ın xəbərinə görə, 35 yaşlı Ülvi Sadıqov (şərti adla) protez saç biznesi qurmaq adı ilə zərərçəkmişin 12 min 800 manatını ələ keçirib. Zərərçəkənin şikayəti əsasında o saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. Məlumata əsasən, Ülvi Sadıqov özü Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində protez saç salonu işlədib. Zərərçəkən Alim (şərti adla) taksi sürücüsü olub və onunla elə müştəri kimi tanış olub. O, Alimə Hindistandan protez saç gətirməyi və hər məhsulun satışından 30 manat verəcəyini deyib. Bunun üçün Alimdən 12 min 800 manat pul alıb. Alim isə həmin pulu taksi kimi işlədiyi avtomobili girov kimi qoymaqla, verə bilib. Lakin pulu verəndən sonra Ülvi yhoxa çıxıb və zərərçəkən onunla əlaqə saxlaya bilməyib. Alimin sözlərinə görə, istintaq dövründə dəymiş ziyan ona tam olaraq ödənilib. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barəsində amnistiya aktı tətbiq olunmasını istəyib. Məhkəmə onun bu istəyini təmin edib. Nəticədə Ülvi Sadıqovun barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad edilib. Geri qayıt |