Əsas Səhifə > Güney Press > Ermənistan vətəndaşı həbs edildi
Ermənistan vətəndaşı həbs edildiBu gün, 12:44 |
|
ABŞ-nin Texas ştatının Ostin şəhərindəki federal məhkəmə Ermənistan vətəndaşı Kamo Kirakosyanı Rusiyaya qarşı sanksiyaları pozmaqda və ABŞ-dən Rusiya şirkətinə avadanlıq tədarük etməkdə təqsirli bilib. "Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Məhkəmənin qərarı ilə o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevral ayından 2024-cü ilin avqust ayına qədər Kirakosyan vasitəçi alıcı kimi çıxış edərək, yarımkeçiricilərin istehsalı üçün istifadə olunanlar da daxil olmaqla, Amerika istehsalı olan komponentləri alıb Rusiya tərəfinə yenidən satıb. Kirakosyan özünü Amerika şirkətlərinə Ermənistanda fəaliyyət göstərən alıcı kimi təqdim edərək malların son alıcılarını gizlədib. İş materiallarına görə, o, Rusiyanın "Vakuum.ru" şirkəti ilə əməkdaşlıq edib. O, 2024-cü ildə Almaniyada həbs edilib və 2025-ci ilin avqustunda ABŞ-yə ekstradisiya edilib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu, son dörd ildə Ermənistan vətəndaşının Rusiyaya qarşı sanksiyaları pozduğuna görə ABŞ-də məhkum edildiyi ilk haldır. Geri qayıt |