Əsas Səhifə > Güney Press > "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub


Bu gün, 11:58

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İşgüzar Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.

Bundan əvvəl ötən ilin iyun ayında AMB "İşgüzar Kredit İttifaqı"na icrası məcburi olan göstəriş vermişdi. Belə ki, kredit ittifaqı 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməmiş və bununla da, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin olunmamışdı. Odur ki, "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutalaraq, kredit təşkilatından maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə tənzimləyici quruma rəsmi məlumat verilməsi tələb edilmişdi.

Xatırladaq ki, "İşgüzar Kredit İttifaqı" 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 4 min manatdır.


Geri qayıt