Əsas Səhifə > Güney Press > Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək?

Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək?


Bu gün, 11:12

“Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etsə, bu, Moskvaya yox, Yerevana qarşı yönəlmiş bir addım olacaq”.
Yeniavaz.com
“Gazeta”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda deyib.
O, jurnalistlərlə söhbəti zamanı bildirib ki, əgər Ermənistan viza rejimi tətbiq etsə, onları Rusiya vətəndaşlarına yox, Ermənistan vətəndaşlarına tətbiq etmiş olacaq.
Zaxarova, həmçinin bu qərarın Ermənistanda çoxsaylı qohumları yaşayan Rusiya vətəndaşlarına da təsir edəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-də Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunacağı ilə bağlı iddialar yayılıb.


Geri qayıt