Əsas Səhifə > Güney Press > Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alırBu gün, 07:33 |
|
Küveyt ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını alır. "Report" xəbər verir ki, bu barədə Küveyt ordusunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hazırda Küveytin hava hücumundan müdafiə qüvvələri İranla əlaqəli raket hücumları və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə aparır", - deyə açıqlamada bildirilib. İranın "Tasnim" agentliyi isə Küveytdə ehtimal ki, ABŞ hərbi bazalarının raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qaldığını bildirib. Geri qayıt |