|
İki fikir adamı. İki dövr. Eyni sual- həqiqət nədir? Antoni Fleu uzun illər ateizmin ən tanınmış müdafiəçilərindən biri oldu. Lakin ömrünün sonlarına doğru düşüncəsini dəyişdi və “Tanrı var imiş” əsərində kainatın mənşəyini və nizamını izah etmək üçün yaradıcı zəkanın varlığını qəbul etdi. İmam Qəzali isə əsrlər əvvəl, XI əsrdə, öz mənəvi və intellektual axtarışlarının nəticəsi olan “Dəlalətdən xilasa” əsərini yazdı. O, hazır qənaətlərə sığınmaq əvəzinə, insanı həqiqətə aparan yolun özünü sorğuladı və bir çox doqmaları tənqid etdi. Biri Qərbdən, biri Şərqdən. Biri XX əsrdən, biri XI əsrdən. Aralarında əsrlər, mədəniyyətlər və düşüncə sistemləri dayanır. Həqiqəti axtaran insan öz mövqeyini qorumağa deyil, həqiqətin qarşısında öz mövqeyini dəyişməyə hazır olmalıdır. Fleunun bir cümləsi bu düşüncənin mahiyyətini ifadə edir: “Məni arqument hara apardısa, onun ardınca getdim". Bu, sadəcə bir filosofun etirafı deyil. Bu, düşüncə əxlaqıdır. Çünki insanın intellektual dürüstlüyü bildiyini müdafiə etməsində deyil, dəlil öz inancına qarşı çıxdıqda belə həqiqətin tərəfində qala bilməsidir. Ən böyük azadlıq öz fikrində israr etmək deyil. Ən böyük azadlıq öz fikrinin əsiri olmamaqdır. İnsan həqiqəti tapmaq üçün əvvəlcə özündən imtina etməyə hazır olmalıdır. Bildiklərini tərk etməlidir. Tərk- daha dərin mövzudur...
Azər Rəşidoğlu - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...
Geri qayıt
|