Əsas Səhifə > Güney Press > Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ:
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ:Bu gün, 12:21 |
|
Xalq artisti Niyaməddin Musayevin sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb olub. Belə ki, həmin görüntülərdə fotoşopdan istifadə edilib. Əksər izləyici hətta sənətkarın plastik müdaxilədən sonra səhnəyə qayıtdığını iddia edib.
Moderator.az-a açıqlama verən Xalq artisti həmin görüntülərin yayılmasından xəbərsiz olduğunu bildirib:
“Bilmirəm o görüntüləri kim yayıb. Mən elə həmin adamam, dəyişiklik falan da yoxdur. Bu yaşımda durub plastik əməliyyat etdirəcəm?! İnsanların hərəsi öz fikrini yazmalıdır da. Onların əl-qolunu tuta bilməzsən ki.. Siz narahat olmusuz deyə mənə zəng etmisiz. 86 yaşda bu cür görünmək çox az adama nəsib olur. Bu tarixdir. Tarixdə bu cür sənətkar olmayıb. Bu yaşda səhnədə olasan, toylara gedəsən, gündəmdə qalmalısan. Mən buna görə Azərbaycan xalqına, millətinə təşəkkür edirəm. 86 yaşım var, zarafat deyil ki.. Siz bunlardan yazın. Yoxsa qaşın belə gəldi, gözün belə getdi”, - deyə sənətkar bildirib.
Geri qayıt |