Əsas Səhifə > Güney Press > Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir
Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdirBu gün, 12:01 |
|
“Ermənistan artıq istənilən vaxt Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını çıxarmaq imkanına malikdir”. Teleqraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-nin rəhbəri Daniel İoannisyan deyib. “Putinin Ermənistan tərəfinin tələbi ilə Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağa razı olması çox böyük uğurdur. Ermənistan-Rusiya müqaviləsinə əsasən, həmin hərbi baza hələ onilliklər ərzində, hətta Ermənistan tərəfinin razılığı olmadan belə, ölkədə qala bilərdi. Putinin tələb olunduğu təqdirdə hərbi bazanı çıxarmağa razılaşması çox yaxşıdır”, - İoannisyan bildirib. Rusiya Prezidenti bundan əvvəl bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”. Rusiya lideri bu açıqlamanı dünən Bişkekdə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı verib. Geri qayıt |