Əsas Səhifə > Güney Press > Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb

Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb


Bu gün, 11:20

Ermənistanın İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın mənzillərin bölüşdürülməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Armenpress" xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayət işinin ilkin istintaqı zamanı Seyran Ohanyanın müdafiə naziri vəzifəsini tutarkən Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyası üzvlərinin köməyi ilə vəzifə səlahiyyətlərini aşaraq bir sıra şəxslərin hüquq və qanuni mənafelərinə ciddi ziyan vurduğuna dair faktiki məlumatlar əldə edilib.

Prokurorun qərarı ilə Seyran Ohanyana qarşı Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi (vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən və ya nüfuzdan sui-istifadə və ya səlahiyyət həddini aşma) ilə ictimai cinayət təqibi başlanıb.


Geri qayıt