Əsas Səhifə > Güney Press > ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib

ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib


Bu gün, 08:04

Çərşənbə axşamı ABŞ İranın iki tankerinə hücum edərək, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) 100-dən çox obyektinə zərbə endirib.

"Report"un "Axios"a istinadən xəbərinə görə, bu barədə Ağ Evdəki mənbələr məlumat verib.

Onların sözlərinə görə, əməliyyat ABŞ administrasiyasının yeni "tankerə tanker" taktikasının başlanğıcı olub. Ağ Ev İranın Hörmüz boğazında gəmilərə qarşı hərəkətlərinin intensivliyini azaltacağına ümid edir.

"Axios" qeyd edib ki, ABŞ mənbələrinin qiymətləndirmsinə görə, yeni zərbələr boğazdakı ticarət gəmilərinə təhlükəni azı bir ay azaldıb.


Geri qayıt