Əsas Səhifə > Güney Press > “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb

“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb


Bu gün, 15:48

“Prior Leasing” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Prior Leasing” ASC-nin vergi borcu 229 001.69 manatdır.

Bildirək ki, “Prior Leasing” ASC-nin nizamnamə kapitalının 99,88%-i Məcidova Afaq Hüseyn qızına, 0,12 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.

Qeyd edək ki, “Prior Leasing” 2014-cü ildə təsis edilib və 2019-cu ildən aktiv fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarını nağd və ya 40 % dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirməkdir.


Geri qayıt