Əsas Səhifə > Güney Press > Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı

Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı


Bu gün, 12:38

Ali Məhkəmədə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Cəmil Rüstəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 02 mart 2024-cü il tarixdə, saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 100/8 ünvanında yerləşən “Səməd Vurğun” adına istirahət parkında qeydə alınıb.

Belə ki, Cəmil Rüstəmov parkda olarkən tanışı, zərərçəkmiş İntiqam Yaşarzadə (adı, soyadı şərtidir) ilə heç bir əsaslı səbəb olmadan sözlü mübahisə edib. Əvvəlcə o, zərərçəkmişin sifət nahiyəsinə yumruq zərbələri vurub, sonra bıçağı çıxarıb İntiqamın üzərinə gedərkən orada digər tanışı, zərərçəkmiş Valeh Məmmədov (adı, soyadı şərtidir) ona müqavimət göstərib. Bu zaman Cəmil xuliqanlıq niyyəti ilə həmin bıçaqla Valehin bədən nahiyəsindən qəsdən 1 dəfə vuraraq ona xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub, o, 6 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum edilib.


Geri qayıt