Əsas Səhifə > Güney Press > “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır

“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır


Bu gün, 10:49

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (BOKT) balansında olan daşınmaz əmlakların satışı üzrə növbəti açıq hərrac elan edib.

Banker.az xəbər verir ki, hərrac 16 sentyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.

Hərraca çıxarılan 8 ədəd qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (yeni ünvan qaydaları ilə: Arif Mehdiyev küçəsi) ünvanında yerləşir.


Geri qayıt