Əsas Səhifə > Güney Press > Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötübBu gün, 08:25 |
|
Dünya bazarlarında neft qiymətləri yüksəlib. “APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72% artaraq bir barel üçün 91,14 dollar təşkil edib. Neftin bahalaşması ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi və Hörmüz boğazından tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir. Geri qayıt |