Əsas Səhifə > Güney Press > "Özümü 50 yaşında kişi kimi hiss edirəm"
"Özümü 50 yaşında kişi kimi hiss edirəm"Bu gün, 13:17 |
|
"Özümü 50 yaşında kişi kimi hiss edirəm". Bunu Qaynarinfo-ya açıqlamasında 87 yaşlı Xalq artisti Tariyel Qasımov deyib. Aktyor özünü qətiyyən qoca hiss etmədiyini bildirib: "Qocalığı yaxınıma buraxmıram. Əgər bir balaca hiss etsən ki, qocalırsan, onun qarşısını almaq olmur. İstədiyim yerə maşınla gedirəm, maşını özüm idarə edirəm. Mən 50 yaşlı kişilərlə hərtərəfli yarışa girirəm. Özümü hərtərəfli gənc hesab edirəm. Bunun özü böyük xoşbəxtlikdir. Allaha qurban olum, mənə bu yaşda belə bir sevinc bəxş edib". Aktyor xəmir xörəklərini sevmədiyini də vurğulayıb: "Amma hərdən bir xəngəl yeyirəm". Qeyd edək ki, Xalq artisti Tariyel Qasımov uzun illərdir Ağstafa rayonunda yaşayır. Geri qayıt |