Əsas Səhifə > Güney Press > “Atam məzar daşlarına şeir yazırdı,
“Atam məzar daşlarına şeir yazırdı,Bu gün, 12:59 |
|
“O vaxt qardaşım hər yerə car çəkib deyirdi ki, “bacım ölüb, mən təkəm”. Atamın adından istifadə edirdi, özü nə lazımdırsa alırdı. Nə oldu? Ölüb getdin, adını indi çəkən də yoxdur. Məndən gizlin təqaüd alırdı. Mənə verməzdilər axı. Yazıçı deyiləm, şair deyiləm. Mən guya bunları bilmirəm ki, mənə pensiya düşmür?! Nə olsun ki, Əliağa Vahidin oğlu olmusan? Vaxtında özünü müalicə etmədi. Mən indi bəzən ailəsinin, nəvələrinin ad günündə yanına gedirəm. Həyat yoldaşı ilə, övladları ilə münasibətim yaxşıdır. Vaxtında metroda işləyəndə onu jetonsuz keçirirdim, cibinə pul basırdım. Vahid Poeziya evi var idi, ordan da gedib pul alırdı. O istifadə edirdi, mən isə atamın adından istifadə etməmişəm”
Bunu Moderator.az-a açıqlamasında Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahidqızı deyib. O daha sonra əlavə edib:
“Atamın 60 yaşı olanda mən anadan olmuşam. O vaxta qədər də atamın ailəyə münasibəti o qədər də isti deyildi. Mən dünyaya gələndən sonra bir az evə işinişir. Bizi yaşlı vaxtında tapmışdı. Pulsuz gedirdi, pulla gəlirdi. Cibində yüzlüklərlə gəlirdi, bir də görürdün ki, bir maşın ərzaqla gəldi. Atam məzar daşlarına şeirlər yazırdı. Gəlir yerlərindən biri də bu idi. Səhərdən axşama qədər gəlib onu gözləyirdilər. Tərsliyi də var idi. “Yox” dedisə onu kimsə razı sala bilməzdi. Bizə də deyirdi ki, “Ramiz, Firəngiz siz nəsil bə nəsil çörək yeyəcəksiz”. O əvvəldən bilirdi ki, onun ölümündən sonra pensiyasını biz alacağıq” deyə o bildirib.
Firəngiz xanım bildirib ki, atası sağlığında kitablarını çap etməyib:
“Heç vaxt oturub fikirləşmirdi ki, oturub bunu yazacam, onu yazacam. Ona ilham qəfil gəlirdi. Harada gəldi yazıb atırdı. Çay kağızına, siqaret qutusuna yazırdı. Bunları toplamaq lazım idi axı. Qardaşıma şeir deyəndə, soruşurdu ki, yazdın? Qardaşım da deyirdi ki, “bir də de yazım”. Deyirdi ki, “getdi, daha o söz gəlməyəcək” deyə o bildirib.
Geri qayıt |