Əsas Səhifə > Güney Press > Bakıda yayın son konserti keçirilib
Bakıda yayın son konserti keçirilibBu gün, 10:37 |
|
Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı "Meşə", Nizami rayonundakı Heydər Əliyev, Xətai rayonundakı "Nizami Gəncəvi" və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən "DİA-AZ"a verilən məlumata görə, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Qeyd edilib ki, həftəsonu artıq dördüncü dəfədir ki, paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib. Konsert proqramlarının keçirildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarındandır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər. Geri qayıt |