Əsas Səhifə > Güney Press > “Yaşa dolmuşam, toylara getmirəm,

“Yaşa dolmuşam, toylara getmirəm,


Bu gün, 17:24

“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm” - FOTO+ÖZƏL

“Əvəllər toylara gedirdim. Bakı toylarında tələbat var idi, gedib iştirak edirdim. İndi övladlarım gedir. Heç vaxt övladlarımı yanımda toya aparmamışam. İndi daha yaşa dolmuşam, getmirəm. O gün bir musiqiçinin toyunda idim. Qonaq getmişdim, xahiş etdi ki, bir balaca ifa et. Mən də gedib ifa etdim. O qocalara baxanda hələ əlimə tar götürə bilirəm. Evdə özüm üçün məşqlər edirəm”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, ustad tarzən Firuz Əliyev deyib.
O daha sonra əlavə edib:
“İndiki xanəndələrlə tay-tuş deyiləm, gör nə qədər yaş fərqimiz var. Məndən utanırlar, çəkinirlər, yaxşı oxuya bilmirlər. Bir az məsuliyyət hiss edirlər. Həm də muğama bu gün toylarda tələbat yoxdur. Amma yaxşı oxuyana qulaq asırlar. İndi əvvəlki toylar da yoxdur. Bakı kəndlərində toyda xanəndə ifa edəndə o qədər məsuliyyət daşıyırdı ki. Çünki hər kəs qəzəli bilirdi. Vay o günə ki, xanəndə qəzəlin hansısa yerində səhv etsin. O dəqiqə səhv tutardılar, üzünə deyərdilər, yarımçıq saxlayıb təzədən oxutdurardılar. İndi nə gəldi oxuyurlar, çünki əvvəlki tamaşaçılar yoxdur ki, səhvlərini tutsunlar. İndi səhv tutanda da acıqlarına gəlir. Təzə qəzəl öyrənmirlər, tənbəlləşiblər”.

Geri qayıt