Əsas Səhifə > Güney Press > İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdirBu gün, 16:13 |
|
“İran nüvə silahı əldə etsə, bu, İsrail və yəhudi xalqının sonu olacaq”. Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışarkən bildirib. “Əvvəllər də demişəm ki, nüvə bombaları İranın əlinə keçsə, bu, İsrail dövlətinin, yəhudi xalqının sonu olacaq. Əgər qırmızı, yaşıl, mavi işıq yanıbsa, işığın hansı rəngdə olması mənim üçün fərq etmir. Mənim üçün fərq etmir”, - o vurğulayıb. Netanyahu qeyd edib ki, İsrail bu mümkün təhlükənin qarşısını vaxtında almalıdır: “Biz bunu etməliyik, əks halda, məhv olacağıq, burada olmayacağıq”. Geri qayıt |