Əsas Səhifə > Güney Press > Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək

Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək


Bu gün, 12:39

“Ermənistanda ədalət bərpa olunur”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Giorgi Tumasyan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Köçəryanın idarəetmə sistemi bir çox erməninin vətəni tərk etməsinə səbəb olub:

“Hakimiyyətlərini qorumaq üçün Ermənistanı xarici dövlətdən asılı vəziyyətdə saxlayıblar. Ölkənin talan edilməsindən və dövlətçiliyi məhv edən ideyalardan başqa heç bir işlə məşğul olmayıblar. Yenidən hakimiyyətə gəlsələr, Ermənistanı məhvə aparan yola sürükləyəcəklər”.

Tumasyanın sözlərinə görə, əgər Rusiya bu insanları dəstəkləyirsə, o zaman Ermənistan dövlətinin məhvinə görə birbaşa məsuliyyət daşıyır: “Biz də Rusiyaya deyirik ki, onları yenidən hakimiyyətə gətirə bilməzsiniz”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanı ya özünə tabe olan dövlət, ya da düşmən kimi görür. Giorgi Tumasyan Rusiyanın payızda Ermənistana qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyini və müxtəlif maneələr yaradacağını istisna etmir.


Geri qayıt