Əsas Səhifə > Güney Press > “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi

“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi


Bu gün, 10:36

“Ulduz” filminin 92 yaşlı qəhrəmanı Qaliyə Baxtiquzina vəfat edib.
Bu haqda Moderator.az-a sənətçinin nəvəsi, tanınmış rəqqas Tahir Eynullayev deyib:
“Nənəm filarmoniyada, Mahnı və Rəqs ansamblında xor artisti işləyib. Xor artisti kimi pensiyaya çıxandan sonra da həmin ansamblın kostyumeri oldu. Artistlərin kostyumlarına cavabdeh idi. Pensiyaya çıxandan sonra bütün günü evdə keçirdi. Mən ona baxırdım, nəzarət edirdim. O “Ulduz” filmindəki çay səhnəsində çəkilib. Dünyanın bir çox ölkələrində Mahnı və Rəqs ansamblı ilə qastrol səfərlərində olub. Böyük insanlarla dostluq edib. Onu hamı tanıyırdı. Aktrisa Sofa Bəsirzadə ilə yaxın qohum idi. Cavanlıqda bir yerdə qalırdılar, daha sonra münasibətləri kəsildi. Sofa Bəsirzadə ilə sonradan barışdılar. Artıq ikisi də yaşlaşmışdı”.
Tahir Eynullayev deyir ki, nənəsi son 1 ay reanimasiyada olub:
“Evdə yıxılmışdı, halı pisləşmişdi. Reanimasiyada idi. Onu evə gətirdik. Tibb bacısı gecə-gündüz yanında qalırdı. Mən xaricdə idim, 10 günlük getmişdim. Evə çatmağıma 10 dəqiqə qalmışdı, dedilər ki, can verir. Gəldim gördüm ki, canını tapşırır. 3 gün öncə onu dəfn etdik. İndi həyatımda böyük bir boşluq var. Mən həmişə onunla birlikə qalırdım. Evə gələndə məni o qarşılayırdı, indi gəlirəm boşluqdur”.

Geri qayıt