Əsas Səhifə > Güney Press / Ana xəbər > İranpərəst qüvvələr də Azərbaycanda çevrilişə hazırlaşır

İranpərəst qüvvələr də Azərbaycanda çevrilişə hazırlaşır


3-07-2014, 15:49
İranpərəst qüvvələr də Azərbaycanda çevrilişə hazırlaşır
Facebook-da reklam olaraq qarşınıza çıxan bu səhifə, hanısa Quran öyrətmə kurslarının və yaxud da Allah Kitabını təbliğ edən bir səhifə deyil. Bu səhifə uzun müddətdir ki, İranı təbliğ edən, türkləri aşağılayan , Azərbaycan və Türkiyənin tanınmış dövlət adamlarını təhqir edən "Azərbaycan İslam Cümhuriyyəti" səhifəsidir. Fars mollalarının kölələri tərəfindən hazırlanan bu səhifə Facebook-da pullu reklam edilir.

Avropa.info "Azərbaycan İslam Cümhuriyyəti" səhifəsi ilə bağlı indiyədək iki yazı dərc edib. Nədənsə, konkret faktlarla , foto dəlillərlə yaydığımız bu səhifə heç kimi maraqlandırmır. Bu da nəticəsi ...

Əvvəllər mərhum Əbulfəz Elçibəyin , Türqut Özalın, Rəcəb Tayyib Ərdoğanın, Azərbaycanın hazırkı hökumətində təmsil olunan bəzi şəxslərin təhqir olunduğu səhifə indi də, dövlət çevrilişinə çağırış edilir. Həmin səhifədə iyunun 28-də məhz belə bir status paylaşılıb : "ƏSAS MƏQSƏDİMİZ AZƏRBAYCANDA İRANPƏRƏST ŞİƏ QARDAŞLARIMIZIN VASİTƏSİLƏ İSLAM İNQİLABI EDİB AZƏRVAYCANI İRANA BİRLƏŞDİRMƏKDİR"

Bəs bu səhifədə təriflənən kimlərdir?
Səhifənin əsas təbliğ etdiyi şəxslər , İran İnqilabının rəhbəri Xomeyni, "Hizbullah" Lideri Həsən Nəsrullah, İranın hazırkı dini lideri Xomneyi və başqalarıdır.

Biz bu haqda uzun uzadı yazmaq fikirində deyilik. Artıq bu haqda kifayət qədər yazmışıq. Təkcə, indi təqdim etdiyimiz fakt dövlət qrumlarının hərəkətə keçməsi üçün kifayət etməlidir bizcə...

Avropa.info-nun bu səhifə haqda əvvəllər təqdim etdiyi yazını yenidən oxucularımızın nəzərinə çatdırırıq. Göy həriflərlə yazılmış "yazını" sözünün üstündən tıklamaqla keçmişdə yaydığımız yazını oxuya bilərsiniz.

Geri qayıt