Əsas Səhifə > Güney Press > Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir"
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir"Bu gün, 15:16 |
|
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın açılan cinayət işinin istintaqı üzrə iki aylıq həbsə göndərilməsi, oğlu Sedrakın da həbs edilməsi və üçüncü prezident Serj Sərkisyan barəsində ölkədən çıxmamaq qətimkan tədbirinin seçilməsi göstərir ki, Nikol Paşinyan hakimiyyəti məsələni artıq yalnız bir keçmiş prezidentlə məhdudlaşdırmır. İstintaq Köçəryan dövrünün siyasi və iqtisadi əlaqələrini daha geniş şəkildə araşdırır. Musavat.com xəbər verir ki, Robert Köçəryanın və Serj Sərkisaynın hakimiyyəti zamanında Baş Qərargah rəisi və müdafiə naziri olmuş Seyran Ohanyanın da vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, qanunsuzluqlara yol verdiyi barədə Ermənistan mediasından dəfələrlə məlumatlar tirajlanıb. Eyni zamanda, Ohanyan Paşinyan iqtidarına qarşı heç də Köçəryan-Sərkisayn cütlüyündən loyal deyil, hətta daha radikaldır. Bu və digər amillər Seyran Ohanyanın da cinayət məsuliyyətinə cəlb olunmasını və həbsini şərtləndirir. Onun adı artıq vəzifələrdə olduğu həmin dövrlə bağlı hüquqi proseslərdə keçir. Xocalı cəlladlarından olan Ohanyanın adı artıq ayrıca hüquqi proseslərdə də yer alır. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, 2025-ci ilin noyabrında Robert Köçəryan, Seyran Ohanyan və digər şəxslərlə bağlı yeni ittiham qərarları təqdim edilib, 2026-cı ilin yanvarında isə bu ittihamlar Antikorrupsiya Məhkəməsi tərəfindən təsdiqlənib. Ermənistan Baş Prokurorluğu 2025-ci ildə Köçəryan, Ohanyan, sabiq baş qərargah rəisi Yuri Xaçaturov və digər şəxslərdən dövlətə dəymiş zərərin ödənilməsi üçün 670 milyon dram tələb edildiyini də açıqlamışdı. Ona görə də prosesin məntiqi davamı olaraq S.Ohanyanın da daha ciddi hüquqi təzyiqlə üzləşməsi mümkündür. Ekspertlər hesab edir ki, əgər istintaq Köçəryan və Sərkisyanla bağlı araşdırılan sxemlərdə Ohanyanın konkret iştirakını və ya vəzifə səlahiyyətlərindən sui-istifadəsini sübut edən yeni materiallar ortaya çıxararsa, onun həbsi də gündəmə gələ bilər. Burada siyasi faktor da az əhəmiyyət daşımır. Paşinyanın əsas hədəfi konkret şəxsləri həbs etməkdən daha genişdir: əvvəlki hakimiyyətlərin siyasi-iqtisadi sistemini hüquqi müstəvidə sıradan çıxarmaq. Bu proses genişlənərsə, Köçəryan və Sərkisyandan sonra Ohanyan kimi həmin sistemin mühüm fiqurlarının da istintaqa cəlb olunması təəccüblü olmaz. Xatırladaq ki, Seyran Ohanyan əli qanlı Qarabağ klanının əsas fiqurlarından biridir. O, Robert Köçəryanın hakimiyyəti zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, Sərkisyanın iqtidarı dövründə isə 2008-2016-cı illərdə müdafiə naziri olub. Musavat.com Geri qayıt |