Əsas Səhifə > Güney Press > Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi

Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi


Bu gün, 12:31

Bu gün dron hücumları ilə əlaqədar Rusiyanın iri hava limanlarında uçuşlarda kütləvi gecikmələr var.

Lent.az xəbər verir ki, gecikmələr Azərbaycandan yola düşəcək təyyarə reyslərinə də təsir göstərib.

Belə ki, Bakıdan Rusiyanın “Vnukovo” və “Koltsovo” hava limanlarına yola düşməli olan uçuşlarda planlaşdırılan vaxtda havaya qalxa bilməyib.

Bundan əlavə, Rusiyadan Azərbaycan istiqamətində səfərlərin də vaxtı dəyişdirilib.

Məlumata görə, Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçacaq təyyarə yerli vaxtla 12:40-da, “Domedodovo”dan Bakıya yola düşən təyyarə isə 14:10-da havaya qalxacaq.


Geri qayıt