Əsas Səhifə > Güney Press > Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı

Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı


Bu gün, 11:25

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsində dindirilən zaman səhhətində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Köçəryan başqa bir tibb müəssisəsinə – 10 gün əvvəl ürəyinə stent qoyulduğu “Erebuni” Tibb Mərkəzinə köçürülməsini istəyib. Lakin istintaq orqanı bu tələbi təmin etməyib və onun Səhiyyə Nazirliyinin tabeliyində olan “Müqəddəs Qriqor Lusavoriç” Tibb Mərkəzinə aparılmasına qərar verilib.

Qəzetə bildirilib ki, bunun səbəbi həmin xəstəxananın Antikorrupsiya Komitəsinə daha yaxın yerləşməsi olub.

Nəşr həmçinin istintaq orqanının qərarının arxasında baş nazir Nikol Paşinyanın dayanması ehtimalını irəli sürüb.

Məlumata görə, buna baxmayaraq, Köçəryanı əməliyyat edən həkim sonradan “Müqəddəs Qriqor Lusavoriç” xəstəxanasına dəvət olunub. Həkim burada keçmiş prezidentə baxış keçirib və onunla bağlı tibbi məsləhətləşmə aparıb.


Geri qayıt