Əsas Səhifə > Güney Press > Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir,
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir,Bu gün, 09:55 |
|
“CİB Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını kəskin azaldır və təşkilatı-hüquqi formasını dəyişir. "APA-Economics" bu barədə şirkətin elanına istinadən xəbər verir. Məlumata görə, şirkətin nizamnamə kapitalı 500 min manatdan 190 min manata endirilir və təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilir. Başqa sözlə, nizamnamə kapitalı 310 min manat və ya 62% azaldılacaq. Bununla belə, qeyd edilən dəyişikliklərin, o cümlədən kapitalın azaldılmasının səbəbi açıqlanmayıb. Qeyd edək ki, “CİB Kapital İnvestisiya Şirkəti” QSC yeddi ay əvvəl, yəni 2026-cı ilin yanvarında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Gündüz Gözəlovdur. Şirkət Azərbaycan Mərkəzi Bankından hələlik investisiya fəaliyyəti üçün lisenziya əldə etməyib. Geri qayıt |