Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədi İH-də naxçıvanlılara qarşı nifrətin arxasında kim dayanır?

Binəqədi İH-də naxçıvanlılara qarşı nifrətin arxasında kim dayanır?


3-07-2014, 14:02
Binəqədi İH-də naxçıvanlılara qarşı nifrətin arxasında kim dayanır?
Son bir aydan artıqdır ki, Vətəninfo.az-ın elektron ünvanına adını açıqlamayan mənbə Binəqədi rayon İH-də baş verən hadisələr, bu rayonun müxtəlif dövlət strukturlarında yerləşdirilmiş Fətulla Gülən hərəkatına xidmət edən şəxslərlə bağlı müxtəlif iddialar dolu məlumatlar göndərməkdədir.

Elektron ünvanımıza göndərilən məlumatlar sırasında Binəqədi rayon İH-də şöbə müdiri vəzifəsini icra edən, eyni zamanda da hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik edən Ramiz Göyüşovla bağlı məlumatlar da var. Bu məlumatlarda adını açıqlamayan mənbə Ramiz Göyüşovun iki cəbhəyə – “Nurçu”lara və Azərbaycanda saxtakarlıq yolu ilə millət vəkili olmaq istəyən, ancaq niyyəti baş tutmadıqda ölkədən qaçan Elşad Abdullayevə xidmət etdiyini iddia edir. Çox maraqlıdır ki, Ramiz Göyüşov bu günə kimi haqqında səsləndirilənlərin heç birinə bu və ya digər şəkildə cavab vermir. Əksinə, müxtəlif vaxtlarda müəyyən mesajlar göndərir ki, bu mesajların əsas hissəsi də hədə-qorxu ilə bağlıdı. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ramiz Göyüşov Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyevlə kirvə olduğunu belə təkzib edə biləcək açıqlama belə vermədi. Yaxud da vaxtı ilə əmisi oğlunun Elşad Abdullayevlə Dağıstanda Azərbaycan Beynəlxalq Universitetinin filialını açaraq Azərbaycandan ora tələbələr qəbul etdirib, sonradan müxtəlif yollarla bu tələbələri ABU-ya təkrar qaytarmalarını da təkzib edə biləcək açıqlama vermədi.

Mənbəmiz davamlı olaraq Ramiz Göyüşov və onun kimi Binəqədi rayon İH-ə, eyni zamanda digər dövlət orqanlarına yerləşdirilmiş “Nurçu”lar haqqında durmadan iddialar dolu məlumatları göndərməkdə davam edir. Adını açıqlamayan mənbənin son göndərdiyi məlumatda isə çox çiddi iddialar yer almaqdadır. Mənbə son göndərdiyi məlumatda vurğulayırdı ki, Binəqədi rayon İH-nin başçısı Xaləddin İsgəndərovun sürücüsü Araz məhz Prezident Administrasiyasında uzun illər müxtəlif vəzəfələr tutmuş, tutduğu vəzifələrdən necə deyərlər, “yağ töküb, bal yalamış” Yusif Hümbətovun yaxın qohumudur. O, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov və Binəqədi DSK-nın sədri Həsən Bayramovun oğlu (Həsən Bayramov Elşad Abdullayevin qayınatasının bacısı oğludu) Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovla birlikdə hərəkət edərək istədiyi adamı rayon İH-də müxtəlif vəzifələrə oturda bilib. Mənbənin iddiasına görə, Qabil Qafarov və Qüdsi Bayramov gəncləri müəyyən etmələrinə baxmayaraq, Ramiz Göyüşov və icra başçısının müavini Aygün Əliyeva da bu seçilmiş gənclərə “DOBRO” verməlidirlər. Çünki seçilən gənclərin dosyeləri məhz Ramiz Göyüşov və Aygün Əliyeva tərəfindən xidmət etdikləri şəbəkəyə təqdim olunur ki, bu seçilən gənclərə də məhz hər iki şəxs cavabdehlik daşıyır.

Binəqədi İH-də naxçıvanlılara qarşı nifrətin arxasında kim dayanır?
Binəqədi İH-də naxçıvanlılara qarşı nifrətin arxasında kim dayanır?

Mənbə iddia edir ki, məhz Ramiz Göyüşovun və Aygün Əliyevanın təqdimatı ilə Sitarə xanım bu günlərdə Binəqədi rayon İH-də işə qəbul edilib. Mənbənin elektron ünvanımıza göndərdiyi məlumatda iddia edilir ki, Binəqədi rayon İH-də cəmləşən “Nurçu”lar bu təriqətin ifşasında əsas rol oynayan Prezident Administrasiyasının rəsmisi Əli Həsənova qarşı düşmən mövqedədirlər. Eyni zamanda Elşad Abdullayevə və “Nurçu”lara xidmət etdiyi iddia edilən Ramiz Göyüşovun da məhz bu rayonda vəzifədə olan naxçıvanlılara qarşı davamlı aqqressiya nümayiş etdirdiyi də vurğulanmaqdadır.

YAP-nın Binəqədi rayon təşkilatında uzun illər külüng vurmuş partiya üzvləri qala-qala Ramiz Göyüşovun Mingəçevirdən birdən birə necə sıçrayıb sədr olduğu da hələ müəmma olaraq qalmaqdadır.

Redaksiyadan: Biz redaksiya olaraq elektron ünvanımıza daxil olan adını açıqlamayan mənbənin göndərmiş olduğu iddialar dolu məlumatları yaymaqla bərabər, eyni zamanda məlumatlarda adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Bi daha da qeyd edirik ki, iddia edilən məlumatda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt