Əsas Səhifə > Güney Press > Qarşıda kəndləri daha ciddi problem gözləyir
Qarşıda kəndləri daha ciddi problem gözləyirBu gün, 16:26 |
|
Kənd və rayonlarda tibbi xidmətlərə çıxış imkanları xüsusilə qış aylarında daha da çətinləşir. Həkim çatışmazlığı, yolların bərbad vəziyyətdə olması, dağlıq ərazilərə təcili tibbi yardımın vaxtında çata bilməməsi sakinlərin üzləşdiyi əsas problemlər sırasında yer alır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, rayon və kəndlərdə əsas problemlərdən biri ixtisaslı həkim çatışmazlığıdır.
Azərbaycanda həkim çatışmazlığının qarşısının alınması üçün kifayət qədər kadr hazırlığı aparılır. Lakin məzunların bir qisminin xaricə getməsi, orada yenidən imtahanlardan keçməsi və müəyyən prosedurlara cəlb olunması da kadr təminatına təsir göstərir”, – deyə terapevt qeyd edib.
Həkim bildirib ki, kənd və rayonlarda tibbi xidmətə əlçatanlıq yalnız kadr çatışmazlığı ilə məhdudlaşmır.
Onun fikrincə, problemin həlli üçün yalnız tibb müəssisələrinin və həkimlərin sayının artırılması kifayət deyil. Kəndlərdə yol və digər infrastrukturun yaxşılaşdırılması, təcili tibbi yardım avtomobillərinin istənilən hava şəraitində xəstələrə vaxtında çatmasının təmin edilməsi də vacibdir.
Beləliklə, kənd və rayonlarda tibbi xidmətlərin əlçatanlığının artırılması üçün ixtisaslı kadrların bölgələrə cəlb edilməsi, həkimlərə daha yüksək əməkhaqqı və əlavə sosial təminatların verilməsi, yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, eləcə də təcili tibbi yardım imkanlarının gücləndirilməsi əsas istiqamətlər kimi önə çıxır. Geri qayıt |