Əsas Səhifə > Güney Press > “Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram”

“Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram”


Bu gün, 15:30

“Buna nə mənim fakturam yol verir, nə də şəxsiyyətimin xarakteri”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor və şair Rəşat Kəsəmənli deyib.

Aktyor “Sənətdə qırmızı xəttiniz varmı” sualını cavablandırıb:

“Əslində aktyor universal olmalıdır və hər rolun öhdəsindən gəlməyi bacarmalıdır. Amma Azərbaycanda kino industriyası hələ dünya səviyyəsinə çıxmayıb. Buna görə də Azərbaycandakı aktyorların 90 faizinin qırmızı xətti var. İçi mən qarışıq. Amma bu, mənim xarakterimlə də bağlıdır. Bəziləri bunu doğru qəbul etməyə bilərlər. Olsun… Hətta Azərbaycan kinosu dünya səviyyəsinə çıxsaydı da belə, mənim qırmızı xəttim dəyişməyəcəkdi. Birmənalı şəkildə deyirəm, üçüncü cinsin nümayəndəsini mən heç vaxt oynamaram. Bu, obraz mənim qırmızı xəttimdir. Hansı məbləğ təklif olunmağından asılı olmayaraq. Hətta mən bunu oynaya bilsəydim belə tamaşaçı bunu qəbul etməz. Çünki hər insanın bir fakturası, oynaya biləcəyi, tamaşaçının qəbul edəcəyi bir obraz var. Heç o rolu tamaşaçı məndən qəbul etməz. Çünki buna nə mənim fakturam yol verir, nə də şəxsiyyətimin xarakteri”.


Geri qayıt