İqtisadiyyat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, qurum tikinti işlərini "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına 9 889 264 manat vəsait sərf olunacaq.
Xatırladaq ki, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməli 2021-ci ildə qoyulub.