Əsas Səhifə > Güney Press > Ağdamda kürəkən qayınatasını qətlə yetirib
Ağdamda kürəkən qayınatasını qətlə yetiribBu gün, 07:01 |
|
Ağdam rayonunda qətl hadisəsi baş verib. Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov mübahisə zəminində qayınatası, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayıb. Zakir Hüseynov aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir. Geri qayıt |