Əsas Səhifə > Güney Press / Partiya > " Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək..."
" Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək..."Bu gün, 06:30 |
|
"Rəsmi məlumata görə, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Təmiz Şəhər" ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub - bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur. Qurumun yığılmış zərəri 249 milyon manata çatıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu ASC tullantıların idarə edilməsi ilə məşğuldur və ziyanla işləyir. Dünyanın bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır, hətta, İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı.
Yaxşı, bu sahəni də batırdız, ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini raşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, Mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar, bu xidməti ya özləri həyata keçirsinlər, ya da yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər.
"Təmiz Şəhər" ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq..."
Geri qayıt |