Əsas Səhifə > Güney Press > Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq

Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq


Dünən, 17:16

“Ermənistan dəmir yolunun konsessiyası üçün 400 milyon dollar ödəməyə hazır investorlar var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər proqramının təqdimatı zamanı deputatların suallarını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, müvafiq razılaşmalar əldə olunarsa, Rusiyanın maraqlarının təmin edilməsi baxımından daha əlverişli variantlar da ortaya çıxa bilər: “Ona görə də Ermənistan hökuməti rusiyalı tərəfdaşlarından bu istiqamətdə addım atmağı xahiş edir və onları buna inandırmağa çalışır”.

Paşinyan bildirib ki, Ermənistanın beynəlxalq dəmir yolu dəhlizlərinə inteqrasiya olunmaq üçün tarixi imkanı yaranıb:

“Biz Rusiyanın maraqlarına böyük hörmətlə yanaşırıq, amma razılaşın ki, hansısa ölkənin maraqlarını öz maraqlarımızdan üstün tutmaq məntiqsiz olardı”.

Nikol Paşinyan Rusiya ilə Ermənistan dəmir yolunun konsessiyası məsələsini ilk dəfə Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu hissələrinin bərpası kontekstində gündəmə gətirib. May ayında seçki kampaniyası zamanı o, hökumətin bu hissələri öz vəsaiti hesabına yenidən quracağını açıqlamışdı. Daha sonra Paşinyan Rusiyaya Ermənistan dəmir yolunun idarəetmə modelinə yenidən baxmağı təklif edib və konsessiyanın Qazaxıstan, BƏƏ və ya Qətər kimi dost ölkəyə satılmasının mümkünlüyünü bildirib.


Geri qayıt