Əsas Səhifə > Güney Press > Şirkətin kapitalı azaldılır

Şirkətin kapitalı azaldılır


Dünən, 17:09

24 sentyabr 2026-cı il, saat 11.00-da, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 4a nömrəli ünvanda “Bakı Yüngül Konstruksiya” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Dövriyyədə olan səhmlərin nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması, nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi və sərbəstləşən vəsaitin səhmdarlara geri ödənilməsi.

Səhmdarlar 2026-cı il sentyabrın 4-dək yığıncağın gündəliyinə əlavə təkliflər verə bilərlər.

Xatırladaq ki, ASC 1996-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 534 194 manatdır və qanuni təmsilçisi Elnur Axundovdur.


Geri qayıt