Əsas Səhifə > Güney Press > Azərbaycanda da satılan bu məhsulda

Azərbaycanda da satılan bu məhsulda


Dünən, 16:36

Rusiyanın “Papa Mojet” markasına məxsus “Moloçnıye Premium” sosislərində təhlükəli salmonella bakteriyası aşkarlanıb. Təhlükəli bakteriya Tver vilayətində yerləşən uşaq düşərgəsində aparılan yoxlama zamanı götürülən nümunələrdə müəyyən edilib.

Musavat.com xəbər verir ki, Rusiyanın nəzarət orqanlarının məlumatlarına görə, laboratoriya analizləri nəticəsində sosiskilərdə patogen mikroorqanizmlər, o cümlədən salmonella aşkarlanıb.

Yoxlamanın nəticələrindən sonra “Ostankino” ət kombinatına xəbərdarlıq verilib. Bildirilib ki, aşkarlanan uyğunsuzluq məhsulun qida təhlükəsizliyi ilə bağlı məcburi tələblərə cavab vermədiyini göstərir.

Salmonella insanlarda qida zəhərlənməsinə səbəb ola bilən bakteriyadır. Çirklənmiş məhsulun istehlakından sonra ishal, qarın ağrısı, ürəkbulanma, qusma və hərarət kimi əlamətlər yarana bilər.

Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar infeksiyanın ağırlaşmaları baxımından daha həssas qruplar hesab olunur.

Qeyd edək ki, “Papa Mojet” sosisləri Azərbaycanda da satılır.

Lakin hazırkı məlumatlar konkret olaraq Azərbaycanda satılan partiyanın salmonella ilə çirkləndiyini təsdiqləmir. Bu səbəbdən istehlakçıların məhsulun istehsal tarixi, son istifadə müddəti və partiya nömrəsini yoxlaması, şübhəli məhsul aşkar etdikdə isə onu istifadə etməməsi daha təhlükəsizdir.


Geri qayıt