Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramil Usubovdan Zakir Həsənova polis günündə hədiyyə

Ramil Usubovdan Zakir Həsənova polis günündə hədiyyə


3-07-2014, 12:14
Ramil Usubovdan Zakir Həsənova polis günündə hədiyyə
Müdafiə naziri Zakir Həsənovun oğlu Nazim Həsənovun rütbəsi qaldırılıb.

Axar.az xəbər verir ki, iyulun 2-də, polislərin peşə bayramı günündə Nazim Həsənova polis polkovnik-leytenant rütbəsi təqdim edilib.

Nərimanov Rayon Mühafizə İdarəsindən faktı təqdiqləyərək bildirdilər ki, N.Həsənovun rütbə vaxtı çatdığı üçün polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb.

Xatırladaq ki, Nazim Həsənov Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsində rəis müavini vəzifəsini daşıyır.

Geri qayıt