Əsas Səhifə > Güney Press > 22 ildir Azərbaycanda fəaliyyət göstərən xarici şirkət ləğv olunur
22 ildir Azərbaycanda fəaliyyət göstərən xarici şirkət ləğv olunurBu gün, 12:12 |
|
Dünyanın aparıcı ağır yükqaldırma və logistika şirkətlərindən biri olan “Mammoet” holdinqinin Niderlandda qeydiyyatdan keçmiş törəmə qurumu — “Mammoet Middle East B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı fəaliyyətini dayandırdığını və ləğv olunduğunu elan edib. Banker.az xəbər verir ki, şirkətin ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 7, mənzil 10 ünvanına bildirə bilərlər. Xatırladaq ki, şirkət Azərbaycanda 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rauf Həsənovdur. Geri qayıt |