Əsas Səhifə > Güney Press > Avropa parçalanıb, ruslara qadağa qoysaq...

Avropa parçalanıb, ruslara qadağa qoysaq...


Bu gün, 07:45

Rusiyalılar üçün giriş qadağasının tətbiqi məsələsində Avropa Birliyi (AB) siyasi baxımdan parçalanıb.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmerman deyib.

Bildirilib ki, Fransa, İtaliya və İspaniya giriş qaydalarının sərtləşdirilməsinə skeptik yanaşır, Skandinaviya və Baltikyanı ölkələr isə AB-nin daha sərt qərar qəbul etməsində israr edir. Almaniya da Rusiya vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq etməyib.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırladığını açıqlamışdı.


Geri qayıt